Yol polisi Bakıda reyd keçirib, 60-dan çox sürücü cərimələnib - FOTO
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları tərəfindən qayda pozuntularına yol verən sürücülərə qarşı mübarizəni daha da gücləndirmək məqsədi ilə xüsusi əməliyyat qrupu tərəfindən reyd keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, reyd zamanı 60-dan çox sürücü cərimələnib.
Paytaxt ərazisində keçirilən reyd əsasən avtomobili sərxoş vəziyyətdə idarə edən, nəqliyyat vasitəsinə əlavə səsgücləndirici vasitələr əlavə edən, polisin qanuni "saxla” əmrinə tabe olmayan və digər ciddi qayda pozuntuları törədən sürücülərə qarşı yönəlib. Reyd zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülərə də rast gəlinib. Paytaxtın Nizami rayonu ərazisində saxlanılan "Land Rover” markalı avtomobilin sürücüsünün yoxlama zamanı sükan arxasına sərxoş vəziyyətdə əyləşdiyi məlum olub.
Avtomobili sərxoş vəziyyətdə idarə edən daha bir sürücü Binəqədi rayonunda saxlanılıb. "Mersedes GL” markalı avtomobilin sürücüsü Loğman Hacıyev əvvəlcə avtomobili içkili halda idarə etmədiyini bildirsə də, həkim müayinəsi zamanı sürücünün sərxoş vəziyyətdə olduğu sübuta yetirilib.
Qeyd edək ki, avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülər yol polisləri tərəfindən aşkar olunduğu təqdirdə, əksər hallarda öz aqressiv davranışları ilə seçilirlər.
Məlumatda həmçinin qeyd olunur ki, 2017-ci ilin ilk 6 ayı ərzində paytaxt ərazisində avtomobili sərxoş vəziyyətdə idarə edən 8000 sürücü barəsində qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq qaydada qanuni tədbir görülüb.
BAKU.WS
Oxşar xəbərlər
"Bir qruşka pivə içmişəm" - Reyddə gərgin anlar (VİDEO)
Qazaxda 100-dən çox qanun pozucusu saxlanılıb. BAKU.WS-in ARB 24-ə istinadən verdiyi məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən tə...