ATV rəhbərindən Lalə Azərtaşın kobud səhvinə reaksiya - VİDEO
09
may
2018
14:12
Bu gün ATV telekanalında yayımlanan “ATV Səhər” proqramının aparıcısı Lalə Azərtaşın birbaşa efirdə “Gün gələcək, Azərbaycan ərazilərini işğal edəcəyik, həmin 20 faizi də…” sözləri sosial şəbəkədə birmənalı qarşılanmayıb. Aparıcının bu səhvə görə üzr istəməməsi müzakirələrə səbəb olub.Yenicag.az -a açıqlama verən ATV kanalının rəhbəri Azər Xəlilovun məsələyə münasibəti belə olub:“Mən həmin süjeti izləməmişəm, məsələdən xəbərim yoxdur. Dinləyərəm, nəticə çıxararıq”.ATV-nin mətbuat xidmətindən isə məsələyə belə münasibət bildirili:“Canlı yayımın öz qaydaları var, belə hallar yaşanır. Heç bir aparıcı bu cür vəziyyətlərdən sığortalanmayıb. Aparıcı həmin an dediyinin fərqində olmayıb. Əslində isə, o, “Gün gələcək, Azərbaycan ərazilərini işğaldan azad edəcəyik, həmin 20 faizi də…” demək istəyib”.BAKU.WS
Oxşar xəbərlər
ATV-nin aparıcısı efirdə işğal altında olan torpaqlarımızla bağlı elə bir səhv buraxdı ki... - VİDEO
Bu gün ATV telekanalının "ATV Səhər” proqramının aparıcısı birbaşa efirdə "Gün gələcək, Azərbaycan ərazilərini işğal edəcəyik” arzusunu dilə gətirib.BAKU.WS vir...