ATV-nin aparıcısı efirdə işğal altında olan torpaqlarımızla bağlı elə bir səhv buraxdı ki... - VİDEO
09
may
2018
12:58
Bu gün ATV telekanalının "ATV Səhər” proqramının aparıcısı birbaşa efirdə "Gün gələcək, Azərbaycan ərazilərini işğal edəcəyik” arzusunu dilə gətirib.BAKU.WS virtualaz.org xəbər verir ki, proqramın aparıcısı Lalə Azərtaş faşizm üzərində qələbə günü olan 9 may Qələbə gününün nəzərdə tutaraq (sifətində gülüş və müvafiq əl-qol jestləri ilə) belə deyib: "Azərbaycana hər zaman qələbə yaraşır. Gün gələcək, biz torpaqlarımızı işğal edəcəyik, və həmin 20 faizi də...ondan sonra əsl qələbə gününü bayram edəcəyik...Bu məqamda birbaşa efirdə səs bir neçə saniyəlik kəsilib, daha sonra aparıcı əvvəl buraxdığı kobud səhvə görə heç bir düzəliş etmədən Albert Eynşteynin şəxsi əşyalarının satışa çıxarılması barədə süjetin təqdimatına keçib. Və bu zaman gülməkdən özünü saxlaya bilməyib, proqramın digər aparıcısı Azər Axşam da gülməkdə ona qoşulub.Həmin dəqiqələrin videoyazısını oxuculara şərhsiz təqdim edirik:BAKU.WS
Oxşar xəbərlər
Alt paltarsız efirə çıxan Könülün verilişi bağlandı
Lider telekanalının "Yarasa" gecə şousunun yayımı dayandırılıb.BAKU.WS-in milli.az-a istinadən verdiyi məlumata görə, "Yarasa"nın yayımlandığı saatda artıq başq...