ARB-dən qovulduğu deyilən Elgiz Əkbər efirdə (VİDEO)

ARB-dən qovulduğu deyilən Elgiz Əkbər efirdə (VİDEO)
Video
Şou-biznes 4246
Ötən gün ARB TV-nin “Səhər-səhər” proqramının çəkilişi zamanı aparıcısı Elgiz Əkbərlə qonaq arasında gərginlik yaşanıb.Belə ki, KİV-in yaydığı məlumata görə, proqramın aparıcısı Elgiz verilişdən uzaqlaşdırılıb. Məsələ ilə bağlı kanalın Strateji İnkişaf, Marketinq və Media direktoru İsmayıl Həsənov açıqlama verib: “Bu məsələ ilə bağlı heç bir xüsusi iclas olmayıb “Səhər-səhər” verilişinin çəkilişi zamanı aparıcı ilə qonaq arasında müəyyən anlaşılmazlıq olub və gərginlik yaşanıb. Sonradan məsələ öz həllini tapıb. Burda böyüdüləcək bir şey yoxdur". Qeyd edək ki, bu gün “Səhər-səhər” proqramı Elgiz Əkbərin təqdimatında yayımlanıb. BAKU.WS

Son xəbərlər