İaşə obyektlərinin yazılarındakı hərf səhvləri ilə bağlı DEPUTATDAN AÇIQLAMA - VİDEO
"Poccorom", "Çörəg", "Ximçiska", "Zapaz ustol", "Skşonkalı kurasan", "Traxdor", "Zaftrık verilir", "Naluşnik hədiyə", "Sopaçki"...
Qeyd etdiyimiz bu sözlər paytaxt və ya bölgələrdə faəliyyət göstərən iaşə obyektlərindən qeyd edilən səhv yazılardır.
BAKU.WS xəbər verir ki, Millət vəkili Aqil Abbas sözügedən yazılarla bağlı danışıb. O, ARB televiziyasında yayımlanan "Günə son" verilişində yaranmış məqamın narahatlıq doğurduğunu deyib.
Deputat problemin yeganə həllni obyektlərində səhv yazılara yol verən sahibkarlara pul cərimələri tətbiq etməkdə görüb:
"Bunları ciddi nəzarətə almaq lazımdır. Cərimələnməlidir ki, o söz "Traxdor" formasında yazılmır. Pul cəriməəri tətbiq edilə bilər. Bir-iki-üç sahibkarı cəzalandırdıqdan sonra artıq digərləri ona baxıb səhv yazıları düzəldəcək".
Ətraflı videoda:
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...