Altı min manat alan qazi danışdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Əslən Zəngilandan olan Birinci Qarabağ müharibəsi qazisi Ruslan Ədilzadə Prezident İlham Əliyevin fərmanı ilə birdəfəlik ödəniş alanlardandır. İkinci dərəcəli əlliliyi olan qazi təyin olunan məbləği artıq əldə edib.
Ruslan Ədilzadə aldığı vəsaiti necə xərcləyəcəyini də artıq müəyyən edib. O birdəfəlik ödənişi səhhətinə və ailəsinə xərcləyəcəyini BAKU.TV-yə deyib.
Birinci Qarabağ müharibəsi qazisi Ağdamda döyüşüb və aldığı xəsarətə görə uzun müddət xəstəxanada müalicə olunub. Bütün bunlara baxmayaraq, qazimizin dediyinə görə, Ordumuzun Vətən müharibəsində əldə etdiyi qələbə ona bütün çətinlikləri unutdurub.
Qeyd edək ki, Ruslan Ədilzadədən başqa 11 mindən çox Birinci Qarabağ müharibəsi qazisinə də Prezidentin göstərişi ilə birdəfəlik ödəniş təyin olunub.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...