SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının bir hissəsində işıqların sönməsi Bakı metrosunda da problemlərə səbəb olub.

Bu barədə vətəndaşlar BAKU.WS-in “qaynar xətt”inə məlumat veriblər.

Bildirilir ki, bir neçə stansiyada qatarların hərəkəti dayanıb.

Bunu Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov da təsdiqləyib.

Onun sözlərinə görə, elektrik enerjisinin kəsintisi zamanı ”Koroğlu” metrostansiyasından “Həzi Aslanov”a qədər gərginliyin düşməsi müşahidə olunub.

 

Ziya SƏCCAD
BAKU.WS
VİDEO