Bakıda iyrənc mənzərə - Bu görüntülər səs-küyə səbəb oldu - VİDEO

Bakıda iyrənc mənzərə - Bu görüntülər səs-küyə səbəb oldu - VİDEO
Video
Video 391

Bakının Xətai rayonu ərazisində antisanitar vəziyyət yaranıb.

BAKU.WS xəbər verir ki, xoşagəlməz mənzərə Nəsrəddin Tusi küçəsində yerləşən 49-cu binanın qarşısında yaranıb.

Ətrafdakı binalarda yaşayanlar zibili küçəyə atıb. Maraqlısı ondadır ki, zibillik olan ərazidə boş zibil qutuları var.

Sözügedən ərazi Xətai MKTB-nin 91 saylı mənzil-kommunal istismar sahəsinin düz qarşısındadır. Bu vəziyyətin necə yaranması maraq doğurur.

Görünür, zibil qutuları gec boşaldılıb. Ancaq bu səbəb sakinlərin zibili küçəyə atmasına haqq qazandırmır.

Yaranan antisanitar vəziyyət sosial şəbəkələrdə kəskin tənqid olunub.

Oxşar xəbərlər

Son xəbərlər