VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeyri-adi görünüşə malik yürüstü piyada keçidi inşa edilir. İnşaat işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirir.

BAKU.WS xəbər verir ki, bununla bağlı "Report"a açıqlama verən Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, piyadalar üçün bu ərazidə hərəkət etmək, yolu keçmək həmişə problem olub və mütəmadi olaraq təmsil etdiyi quruma şikayətlər ünvanlanıb. Buna görə də piyada keçidinin tikilməsinə qərar verilib.

"Keçidin aşırım hissəsi üstü açıq olmaqla metal konstruksiyalıdır. Tbilisi prospekti üzərindən hər birinin uzunluğu 70,9 metr olan iki aşırım hissə, Akademik Həsən Əliyev küçəsinin üzərindən isə uzunluğu 59,3 metr olan bir aşırım hissə keçməklə yeni yerüstü piyada keçidinin görünüşü üçbucaq şəklindədir.

Kənar dayaqlar və pilləkənlər dəmir-betondur. Orta dayaqlar metaldır və metal troslar vasitəsilə asılmaqla asma körpü görünüşünə oxşadılıb. Fiziki məhdudiyyətli vətəndaşların hərəkəti üçün bütün girişlərdə elektrikli pandusların qoyulması nəzərdə tutulub", - o qeyd edib.

A.Nəcəfli onu da deyib ki, 2018-2019-cu illərdə Bakıda və onun ətrafında, magistral yollarda 7 yerüstü və yeraltı piyada keçidi inşa edilərək istifadəyə verilib:

"Hazırda 10 ərazidə yerüstü və yeraltı piyada keçdilərinin inşası aparılır ki, bunlardan da bir neçəsində işlər bitmək üzrədir. Qısa müddət ərzində daha 6 yerdə yeni keçidlərin inşasına başlanılması nəzərdə tutulub”.

BAKU.WS
VİDEO