VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Anasının kabab şişi ilə dağladığı 9 yaşlı Telman onkoloji xəstə imiş.

BAKU.WS xəbər verir ki, "Səni axtarıram" proqramına gələn ata oğlunun başına gələnləri belə şərh edib:

"Üç gündən sonra uşaq mənə zəng vurdu ki, dədə, məni yandırırlar. Getdim baxdım, dəhşətə gəldim. Dedim, bu nədir, etmisiz? Bunu düşmən balasına etməzlər. Uşağın bədənindən, dağ basılan yaralardan irin su axırdı. Ana uşağa dağ basanda nənəsi də deyirmiş ki, qara ciyər kababının iyi gəlir. Uşağın mənə dediyini deyirəm".

Ata 9 yaşlı oğlunun onkoloji xəstə olduğunu bildirib:

"Biz 10 aydır, ayrı yaşayırıq. Ümumiyyətlə, 10 ildir evləndiyimiz 10 ildə 1 il bərabər yaşamamışıq. Hər dəfə bir bəhanə ilə küsüb anasının evinə gedib. Oğlum mənim yanımda qalırdı, qızım isə anasında. Oğlum onkoloji xəstədir, ağ qan qırmızı qanın arxasında gizlənir. Anası iynə vura bilir, iynələrini vurmaq üçün anasının yanına göndərmişdim".   

Xatırladaq ki, Tərtər rayonunda ana azyaşlı övladını işgəncə məqsədilə yandırıb. Azadqaraqoyunlu kənd sakini Könül Bəhlul qızı Dünyamalıyeva yaşadığı evdə himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü Dünyamalızadə Telman Rafiq oğlunu nadinclik etdiyi üçün cəzalandırıb.

Qadın şişi qaz sobasında qızdıraraq azyaşlının bud, çanaq, qol və əlinə basıb. Hadisədən xəbər tutan uşağın atası R.Dünyamalıyevin şikayətindən sonra Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanıb.

Məlumat üçün bildiririk ki, ailə münaqişəlidir, Dünyamalıyeva Könül (ana) və Dünyamalıyev Rafiq (ata) ayrı yaşayırlar. Araşdırmalar zamanı məlum olub ki, Dünyamalıyeva Könül Laçın rayon sakini Dünyamalıyev Rafiq ilə ailəli olub. Ailə münaqişəsi zəminində himayədarlar arasında yaranan problemlər nəticəsində qadın digər az yaşlı övladı ilə anasının himayəsinə sığınıb. Hər iki tərəf bir-birini qarşılıqlı ittiham edir. Eyni zamanda, nümayəndə heyəti Rafiq Dünyamalıyevin evində səfərdə olub. Hazırda övladının bədənində heç bir işgəncə yeri yoxdur. Uşaq köhnədən olan ləkə izlərinin anası tərəfindən edildiyini söyləyir.

Zülfiyyə Qurbanova
BAKU.WS
VİDEO