SİZİN REKLAM BURADA!
055 213 76 73


Tərtər rayonunda ana azyaşlı övladını işgəncə məqsədilə yandırıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Azadqaraqoyunlu kəndində baş verib.

Kənd sakini Könül Bəhlul qızı Dünyamalıyeva yaşadığı evdə himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü Dünyamalızadə Telman Rafiq oğlunu nadinclik etdiyi üçün cəzalandırıb.

Qadın şişi qaz sobasında qızdıraraq azyaşlının bud, çanaq, qol və əlinə basıb.

Hadisədən xəbər tutan uşağın atası R.Dünyamalıyevin şikayətindən sonra Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanıb.

BAKU.WS