Azərbaycanda dəhşət: Ana övladına işgəncə verib yandırdı

Tərtər rayonunda ana azyaşlı övladını işgəncə məqsədilə yandırıb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Azadqaraqoyunlu kəndində baş verib.
Kənd sakini Könül Bəhlul qızı Dünyamalıyeva yaşadığı evdə himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü Dünyamalızadə Telman Rafiq oğlunu nadinclik etdiyi üçün cəzalandırıb.
Qadın şişi qaz sobasında qızdıraraq azyaşlının bud, çanaq, qol və əlinə basıb.
Hadisədən xəbər tutan uşağın atası R.Dünyamalıyevin şikayətindən sonra Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
Bakıda uşaqlara ögey anaları tərəfindən işgəncə verilməsilə bağlı cinayət işi açıldı
Bakıda azyaşlı uşaqlara ögey anaları tərəfindən işgəncə verilməsi barədə yayılan məlumatlarla bağlı cinayət işi başlanıb. BAKU.WS-in məlumatına görə, bu barədə...
