"8 noyabr" stansiyası hazırdır - İlk görüntülər - VİDEO

8 noyabr stansiyası hazırdır - İlk görüntülər - VİDEO
Video
Video 536

Metronun tikintisi başa çatdırılan "8 noyabr" stansiyasından yeni görüntülər paylaşılıb.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videoda stansiyada təmir işlərinin baş çatdığı görünür. Stansiyanın giriş turniketləri, eskalatorlar quraşdırılıb və sınaqdan keçirilir. Həmçinin metrostansiyanın platforması, qatarların hərəkət yolları da istifadəyə tam hazırdır.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hazırda stansiya daxilində son tamamlanma işləri aparılır:

"Stansiyada əksər tikinti-quraşdırma işləri başa çatdırılıb. Hazırda infrastruktur qurulması işləri davam etdirilir. Tikinti işlərində pandemiya şəraitinin tələblərinə tam riayət edilir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər