8 il əvvəl ölən şəxsin adına cərimə gəlib
28
apr
2019
09:05
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Oğuzda 8 il əvvəl ölən şəxsin adına cərimə sənədi gəlib.Xezerxeber.az-ın məlumatına görə, rayonun Muxas kənd sakini Ələsgər Ələkbərovun adına icra və probasiya şöbəsindən məktub gəlib.Sənəddə 2011-ci il aprelin 4-də Oğuz Məhkəməsinin qərarı ilə cərimə təyin edildiyi qeyd olunub və bu səbəbdən də mayın 2-də icra şöbəsinə gəlməli olduğu göstərilib.Maraqlısı isə odur ki, dəvət olunan Ələsgər Ələkbərov 8 il əvvəl, məhkəmə qərarından 6 ay sonra dünyasını dəyişib.Məsələ ilə bağlı Vəkil Anar Ramazanov bildirir ki, bu qədər müddətdən sonra icra şöbəsi tərəfindən hər hansı bir şəxsə tələb yönəltmək qanunla düzgün deyil.Anar Ramazanov deyir ki, mərhumun yaxınları məhkəmə yolu ilə qərarı ləğv etdirə bilərlər.
Oxşar xəbərlər
Təranə Qumral Nazənini lənətlədi: "Allah bəlasını versin!" - VİDEO
Təranə Qumral məhkəmə aralarında yaşanan məhkəmə qalmaqalının yenidən gündəmə gətirilməsindən qəzəblənərək Nazənini lənətləyib.BAKU.WS xəbər verir ki, "Hər şey...