Bakının mərkəzi küçələrində təcili tibbi yardım maşınının üzləşdiyi çətin vəziyyət kameraya düşüb.

BAKU.WS xəbər verir ki, İctimai TV-də yayımlanan “Avtostop” verilişinin aparıcı Tural Yusifov sözügedən vəziyyəti avtomobilinin videoregistratoru vasitəsi ilə qeydə alıb. 

Ünvana çağırışa gələn təcili tibbi yardım maşınının sürücüsü park etməyə yer tapa bilmir. Dar yolun sağ və sol hissəsində dayanan avtomobillər sürücünün işini biraz da çətinləşdirir. Tural Yusifov isə bu vəziyyəti müşahidə edərək problemləri açıqlayıb. 

Çağırış olan ünvanda park edə bilməyən sürücü bir xeyli yol qət edərək başqa bir küçəyə üz tutub. Bu vəziyyət parkinq üçün yerlərin azlığının yaratdığı problemlərdən yalnız biridir. 

Piyada səkisinin qarşısına qoyulan zibil qutusu da mərkəzi küçələrdə parkinq problemini əks etdirir. 

BAKU.WS
VİDEO