“Haber Global”: Heydər Əliyev BMT tribunasından dünya siyasətinə yol göstərirdi - VİDEO

Türkiyənin “Haber Global” televiziya kanalı Azərbaycanın mərhum Prezidenti, görkəmli dövlət xadimi Heydər Əliyevin anım gününə həsr olunan süjet hazırlayıb.
BAKU.WS “oxu.az”a istinadən, süjetdə Heydər Əliyevin Azərbaycanı bəlalardan qurtarması, güclü dövlət qurmasından bəhs edilib.
Bildirilib ki, Heydər Əliyev BMT kimi mötəbər bir tribunadan dünya siyasətinə yol göstərən lider idi.
Qeyd olunub ki, Heydər Əliyev Ermənistanın işğalçılıq siyasətini dünyaya sübut etməyi bacarıb.
Süjetdə bildirilib ki, “Əsrin müqaviləsi” və Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycanı gücləndirdi və bölgədə sülh və əmin-amanlıq yaratdı.
Oxşar xəbərlər
Mehriban Əliyeva: “Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm”
"Bu gün – 12 dekabr – Azərbaycanın və Azərbaycan xalqının həyatında və taleyində silinməz iz qoymuş dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummilli lider...
