Bakıya yeni ikimərtəbəli qatarlar gətirilib - VİDEO
“Azərbaycan Dəmir Yolları” QSC-nin İsveçrənin "Stadler" şirkətindən aldığı 2 yeni ikimərtəbəli elektrik qatarı Bakıya gətirilib.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin mətbuat katibi Natəvan Bayramova məlumat verib.
Onun sözlərinə görə, 371 oturacağı olan yeni qatarlar tezliklə Bakı-Sumqayıt və Bakı-Pirşağı istiqamətində hərəkət edəcək.
“Bununla da Azərbaycanda "Stadler" qatarlarının sayı 9-a çatıb. Yeni qatarların alınmasına səbəb sərnişin sıxlığıdır.
İsveçrə şirkətindən "FLIRT" tipli, birmərtəbəli daha 6 qatarın alınması ilə bağlı müqavilə imzalanıb. Bu qatarlar da yaxın 3 il ərzində Bakıya gətiriləcək”, - “Azərbaycan Dəmir Yolları” rəsmisi qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanın alacağı ultramüasir qatarlar - VİDEO
İsveçrənin “Stadler” şirkəti FLIRT elektrik və dizel sərnişin qatarlarını Azərbaycana satacaq. BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bu barədə şirkətə istin...