SİZİN REKLAM BURADA!
055 213 76 73


Real Televiziya şirkətinin rəhbəri Mirşahin Ağayev təqaüddə olan general Vidadi Mirkamalın intim yazışmalarını yayımlayıb. 

BAKU.WS xəbər verir ki, xəyanətə uğrayan şəxs özü Real TV-yə müraciət edib.

"Mən Bakı Şəhər, filan qəsəbə sakini Vəliyev Zamin Adil oğlu böyük ürək ağrısı ilə Sizə müraciət edir, mənə köməklik göstərməyinizi xahiş edirəm. Mən halal zəhmətilə dolanan sadə bir vətəndaşam. Ailəm 10 yaşlı qızım var. Halal zəhmətimlə ailəmi dolandırır, övladımın təlim-tərbiyəsilə məşğul olurdum.

Son vaxtlar həyat yoldaşım Vəliyeva Gülzar Ələsgər qızının mənə olan soyuq münasibətlərindən və başqa hərəkətlərindən şübhələnməyə başlamışdım. Ona görə də ona göz qoymağı, mobil telefonuna nəzarət etməyi qərara aldım. Bu zaman öyrəndiklərim məni dəhşətə gətirdi. Öyrəndim ki, həyat yoldaşım Gülzar Vidadi adlı bir kişi ilə mənə xəyanət edir.

Gülzar özü mənə etiraf etdi ki, bir ildən çoxdur ki, guya hüquqi yardım üçün müraciət etdiyi hüquqşünas, vəkil kimi tanıdığı Vidadi Mirkamal adlı şəxs şirin vədlərlə, hədiyyələrlə onu aldadıb, yoldan çıxarıb, əxlaqsızlığa təhrik edib. Onunla dəfələrlə Nərimanov rayonunda yerləşən mıənzilində və Pirşağı qəsəbəsindəki bağ evində görüşüb.

Gülzar ondan hamilə qalanda isə abort elətdirib. Gülzarın dediyinə görə o öz səhvini başa düşüb. Vidadidən ondan əl çəkməyi xahiş etsə də Vidadi onu şantaj edərək bildirib ki, əgər mənim dediklərimə əməl etməsən, mən sənin ərinə xəyanət etməyin barədə ərinə və qohumlarına məlumat verəcək, səni rüsvay edərək başına oyun açacağam. Bir ildən çoxdur ki, Vidadi mənim həyat yoldaşımı bu cür hədələrlə qorxudaraq, zorla onunla cinsi əlaqədə olmağa məcbur edir.

Gülzarın mənə dediyinə görə, hətta bir dəfə onları saxlayıb polisə aparıblar, amma heç bir tədbir görülməyib. Sonra mən öyrəndim ki, Vidadi Mirkamal təqaüddə olan generaldır, əvvəllər yüksək vəzifələrdə işləyib, çirkin əməllərinə görə işdən qovulub. Hal-hazırda Milli Şuranın üzvüdür, guya demokratiya, haqq-ədalət uğrunda mübarizə aparır. Əslində isə öz var-dövlətindən istifadə edib ailələr dağıdır, körpə uşaqları yetim qoyur, namuslu qadınları əxlaqsızlığa məcbur edir. Camaatın namusunu ləkələyən, ailəsini dağıdan Vidadi Mirkamal barəsində qanuni tədbir görülməsini tələb edirəm".
BAKU.WS
VİDEO