Azərbaycanda qadın ona hücum edən çaqqalı boğaraq öldürdü - VİDEO

21
sen
2019
13:05
Salyan rayonu 20 Yanvar küçəsində yaşayan 67 yaşlı Gülzar Məmmədova öz həyətində çaqqalın hücumuna məruz qalıb.BAKU.WS Xəbər TV-yə istinadən xəbər verir ki, rayon sakininin sözlərinə görə, həytədə iş görən zaman toyuq hinindən səs eşidib və oraya daxil olarkən ev quşlarına hücum edən çaqqalı görüb. Yırtıcı heyvan Gülzar Məmmədovaya hücum edərək ona əlindən xəsarət yetirib.Qadın çaqqalı boğaraq öldürüb və ardınca Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılıb.Gülzar Məmmədovaya quduzluq əleyhinə vaksin vurulub və o, ambulator müalicəyə buraxılıb. Gülzar Məmmədova bildirir ki, bu, çaqqalların təsərrüfatlara ilk hücumu deyil.Əvvəllər də vəhşi heyvanlar həyətlərə girərək xeyli toyuğu parçalayıb.
Oxşar xəbərlər
49 yaşlı Gülzar Qurbanova plastik və estetik əməliyyatsız 25 yaşlı qız oldu - FOTO
Əməkdar artist Gülzar Qurbanova heç bir plastik və kosmetik müdaxilə olmadan 25 yaşlı qızı canlandırıb.BAKU.WS xəbər verir ki, film "Nazik mətləb" adlanır. Film...
