41 yaşlı qadının ölümünə küçə itləri səbəb olub? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayon Masazır qəsəbəsində sahibsiz küçə itlərinin 41 yaşlı qadının ölümünə səbəb olduğu iddia edilir.
BAKU.WS Baku tv-yə istinadən xəbər verir ki, İnci İskəndərova 4 ay öncə "Qurtuluş 93" yaşayış massivində itlərin hücumuna məruz qalıb.
Məlumata görə, itlər qadına binanın qarşısında hücum edib. O, aldığı xəsarətlərdən bir müddət xəstəxanada qalsa da, ötən gün dünyasını dəyişib.
Mərhumun rəfiqəsinin sözlərinə görə, qadının iki övladı var.
Sahibsiz itlərdən gileylənən qadın küçə-bacada övladlarının da başına eyni işin gələcəyindən qorxur. O bildirir ki, dəfələrlə məsələ ilə bağlı icra hakimiyyətinə ərizə ilə müraciət edib. Lakin şikayətinə baxılmayıb:
"Qapı qonşum var idi. Yaşlı, şəkər xəstəsi olan kişiyə 10-a yaxın it hücum elədi, iflic oldu".
Daha ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyev Rusiyanın aparıcı KİV rəhbərləri ilə görüşüb - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölk...