SİZİN REKLAM BURADA!
055 213 76 73



Yeni il bayramı ilə əlaqədər olaraq 4 gün kənd təsərrüfatı yarmarkaları təşkil ediləcək. Yarmarkalar həm Bakı, həm də Sumqayıtda fəaliyyət gösətrəcək. Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri deyir ki, qiymət bazar qiymətindən aşağı olacaq. Qiymətlərə necə nəzarət ediləcək?

Hər il olduğu kimi bu il də yeni il bayramı ilə əlaqədər olaraq paytaxt Bakı və Sumqayıtda kənd təsərrüfatı yarmarkaları təşkil ediləcək.

Əvvəlki illərlə müqayisdə yarmarkaya çıxarılacaq məhsulların həcmi artıb. Həm bitkiçilk, həm də heyvandarlıq məhsullarının çeşidləri də genişlənib.

Kənd təsərrüfatı nazirliyinin şöbə müdiri Murtuzəli Hacıyevin sözlərinə görə bitkiçilik və heyvandarlıq məhsullarının qiyməti bazar qiymətindən aşağı olacaq. Süni qiymət artımının qarşısını almaq üçün yarmarkada işçi qruplar fəaliyyət gösətrəcək. Neqativ hallarla qarşılaşanlar yarmarkada olan nazirliyin əməkdaşlarına məlumat verməlidirlər.

Müxtəlif bölgələrdə yaşayan fermerlər öz məhsullarını gətirib yarmarkada sata bilərlər. Bu məqsədlə heç bir ödəniş tələb edilmir.

Yarmarkalar səhər saat 8-dən axşam saatlarına qədər fəaliyyət göstərəcək.

BAKU.WS