Bu məhsulların qiyməti bahalaşdı – RƏSMİ STATİSTİKA
15
avq
2017
23:25
2017-ci ilin iyul ayında iyun ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,3%, o cümlədən heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1% bahalaşıb.
BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, müqayisə olunan dövrdə bitkiçilik məhsullarının istehsalçı qiymətləri isə 0,4% ucuzlaşıb. Ay ərzində balıq və sair balıqçılıq məhsulları və həmçinin, meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri üzrə dəyişiklik müşahidə olunmayıb.Qeyd edək ki, 2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,2%, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 3% artıb, bitkiçilik məhsullarının istehsalı isə 0,8% azalıb.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycandakı inflyasiyanın səviyyəsi açıqlandı
2017-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14%, o cümlədən ərzaq məhsullarının qi...