SİZİN REKLAM BURADA!
055 213 76 73



Paytaxtın “Papanin” və “Kubinka” kimi tanınan ərazilərdə bütün köhnə tikililər söküləcək.

BAKU.WS-in xəbərinə görə, Nəsimi rayon icra hakimiyyəti başçısının müavini Qurban İsmayılov Xəzər TV-yə bildirib ki, artıq Nəsimi rayonunun bir neçə hissəsində söküntü işlərinə başlanılıb.

Nəsimi rayon icra hakimiyyəti rəsmisinin sözlərinə görə, sahibkarların da yeni binaların inşasına marağı böyükdür və bunun üçün çoxsaylı müraciətlər var.

Paytaxtda istismara yararsız binaların sökülərək yerində müasir binaların inşası və həmin binalardan orada yaşayan sakinlərə yeni mənzillərin verilməsi layihəsi dövlət başçısının göstərişi əsasında həyata keçirilir. Söküntü işləri zamanı ərazidə yaşayan sakinlərin yeni bina hazır olanadək bütün kirayə haqları dövlət tərəfindən qarşılanır.

BAKU.WS