SİZİN REKLAM BURADA!
055 213 76 73


Jurnalist Həmid Həmidovun “Danışaq?” layihəsinin növbəti buraxılışının qonağı Sənubər İsgəndərli olub.

BAKU.WS xəbər verir ki, jurnalistlə yanaşı digər aparıcılar, həmkarları - Seymur Zəkəryayev və Feliks Vişnevetski olub.

S.İsgəndərli aktyorluq karyerasına necə başladığından, Qazaxıstan kinematoqrafları ilə əməkdaşlıq etməsindən danışıb.

Verilişdə aktyor "sənət uğrunda nələrisə qurban verməyə dəyərmi?" - sualını da cavablandırıb.

Azərbaycanın əməkdar artisti aktyorluq peşəsinin maliyyə tərəfinə toxunaraq “məşhur kino və teatr aktyoru mənzil ala bilərmi” sualını cavablandırıb.

S.İsgəndərli teatr və kinonun pərdəarxası həyatından, intriqalardan, rol uğrunda aktyorlar arasında gedən mübarizədən də danışıb.

BAKU.WS
VİDEO