VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bir vaxtlar kəndlərdə qadınlar xalça, palaz toxuyardı. Gəlin gedən qızlar üçün yorğan döşək sırınardı. Bu da yuna tələbat yaradardı. İndi xalça, palaz toxuyan da azdır, yorğan döşək sırıyan da. Sadəcə bir qisim insan xırda da olsa yun satmaq və ya yundan hazırlanan yorğan döşək sırımaqla məşğuldur. Əməkdaşlarımız Bakıda yunçuların ən çox toplaşdığı bazara baş çəkiblər.

Bura Bakıda yun işi ilə məşğul olan insanların ən çox toplaşdığı məkan, yun bazarıdır.

Bakıda çox az yerdə yun satılan yerlər var. Çünki, sənaye müəssisələrində istehsal olunan yorğan və döşəklər yuna olan marağı azaldıb. Halbuki yunun sağlamlığa faydası daha çoxdur.

Burda Şamaxı, Şəki və digər bölgələrdən gətirilən müxtəlif sort yunlar elə müxtəlif qiymətlərə də satılır. Üstəlik zəhmətkeş insanlar həm kirli yunu təmizləyir, yuyur, istəyən olanda yorğan döşək sırıyır və hətta evlərə çatdırılmasını da təmin edirlər.

Amma yuna marağın az olması bazarda müşətri qıtlığı yaradıb. Satıcılar bunu havanın soyuq olması ilə əlaqələndirir. Buna baxmayaraq həvəslə işlərinin başındadırlar.

İşləri qədər dilləri də şirin olan bu insanların düzəltdiyi yorğan döşəyi əldə etmək istəyənlər Xalqlar Dostluğu metrosundakı bazara gələ bilərlər.
 
BAKU.WS