Supermarketdə inanılmaz olay: qadının bədəninə cin girdi (FOTO, VİDEO)

Supermarketdə inanılmaz olay: qadının bədəninə cin girdi (FOTO, VİDEO)
Video
Hadisə 12140

  

Çində bədəninə cin girən qadının görüntüsü supermarketin təhlükəsizlik kamerasına düşüb. 

BAKU.WS-in məlumatına görə, kadrda orta yaşlı və qara geyimli qadın marketin ədyal, yorğan və yastıq bölməsində rəflərə baxarkən görünür. Qəfildən qadının arxasında olan rəflərdə bir paketin sallandığı və daha sonra yerə düşdüyü görünür. 

Geri dönən qadın yerə düşmüş paketi alaraq rəfə qoyur. Paketi rəfə geri qoyduqdan sonra qadının əlindəkilər yerə düşür. İnləyən qadın daha sonra titrəməyə başlayır. Gənc bir qadın titrəməkdə olan qadına yanaşaraq əlini uzadır. Bu anda qadın başını geriyə ataraq qışqırmağa başlayıb. Tükürpərdən hadisə görənləri heyrətə gətirib. 

Yerdə qalan qadını market işçiləri və ətrafdakıların köməyi ilə ərazidən aparıblar. İnsanlar kadrdan çıxdıqdan sonra bir rəfdən daha bir qutu yerə düşür. 

Bu video sosial şəbəkələrdə yayıldıqdan sonra Çində böyük səs-küyə səbəb olub. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan konsulluğu qarşısında qorxulu anlar (FOTO)

Azərbaycan konsulluğu qarşısında qorxulu anlar (FOTO)

Türkiyədə yolda gedərkən qıc olan qadına polis yardım edib. BAKU.WS-in məlumatına görə, dili boğazına qaçan yaşlı qadın Azərbaycan Qars Başkonsulluğunun qarşı...

2249 Hadisə 10:23 26 may 2016

Son xəbərlər