İnsanlar mənzilləri kütləvi şəkildə satışa çıxarır - Xırdalanda nə baş verir? - VİDEO
Abşeron rayonu, Xırdalan şəhərində satışa çıxarılan evlərin sayı kəskin artıb.
Xəzər TV-nin məlumatına görə, elan saytlarında da müxtəlif qiymətlərə Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində mənzillərin kütləvi şəkildə satışa çıxarıldığını görmək mümkündür.
Şəhər sakinləri bildiriblər ki, son illər Xırdalanda əhalinin sayının dəfələrlə artması müəyyən problemlərə yol açıb. Buna görə də sakinlər digər ərazilərə köçməyə can atırlar.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev son vaxtlar Xırdalanda satışa çıxarılan evlərin artmasını bir neçə amillə əlaqələndirib.
Ekspert qeyd edib ki, əmlak bazarında əsasən fərdi yaşayış evlərinin satışı üstünlük təşkil edir. Buna təsir edən əsas səbəblərdən biri də vətəndaşların mənzillərə çıxarış əldə edə bilməməsidir.
Elnur Fərzəliyev əlavə edib ki, fərdi yaşayış evlərinin daha çox satışa çıxarılması həm də mövsümlə əlaqədardır. Onun sözlərinə görə, Xırdalanda evlərin kütləvi satışa çıxarılması qiymətlərin bir qədər enməsinə səbəb ola bilər.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...