SİZİN REKLAM BURADA!
055 213 76 73


Kürdəmir rayonunun Xanım Soltan İslamzadə və Soltan Şıxəliyev küçələrində yaşayan sakinlər yol problemindən əziyyət çəkirlər.

Belə ki, yollarda yaranan dərin çuxurlar istər avtomobillərin, istərsə də piyadaların gedişində bir sıra çətinliklər yaradır.

“Yollarımız bərbad vəziyyətdədir. Çuxurlar artıb, maşınlar keçə bilmir. Yağış yağanda uşaqları aparıb-gətirə bilmirik. Dünən hətta bir qoca yıxıldı, suyun içinə batdı. Təcili tibbi yardım hər dəfə çağırışa gecikir. Taksi çağırırsan, narazılıq edirlər, gəlmirlər”, - rayon sakini deyib.

Məsələ ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rauf Abışov bildirib ki, sözügedən küçələr layihəyə salınıb, mərhələli şəkildə asfaltlanması nəzərdə tutulur.

Daha ətraflı Baku TV-nin süjetində:

BAKU.WS
VİDEO