Bazarlarda 200-250 manata olan meyvələr: Cibə və sağlamlığa ZİYANDIRMI? - VİDEO

Bazarlarda çiyələk, gilas və digər bu kimi qeyri-mövsümi meyvələrin qiymətləri xeyli yüksəkdir.
BAKU.WS-in Xezerxeber.az-a istinadən məlumatına görə, kiloqramı 200-250 manata olan meyvələrin alıcısı da kifayət qədərdir.
Bəs bu meyvələrin insan orqanizmi üçün hansısa zərərləri ola bilərmi?
Satıcıların sözlərinə görə, mövsümi olmayan çiyələk, alça, gilas, qarpız kimi meyvələr baha olsa belə, kifayət qədər alıcısı var.
Qida mütəxəssisləri isə qeyd edir ki, qeyri-mövsümi meyvələr süni yolla yetişdirilir. Bu da insan sağlamlığı üçün zərərlidir.
Satıcılar bildirir ki, bu meyvələr ölkəyə Türkiyə, İran, İraq, Avstraliya və Yeni Zelandiyadan idxal olunur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
Dekabrın 6-da ADA Universitetində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mər...
