SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Cavanşir Məmmədovun bloger nəvəsi Rəfiqə Qafarova nişanlanıb. 

BAKU.WS xəbər verir ki, paytaxt məkanlarından birində cütlüyün nişan mərasimi keçirilib.

Rəfiqə Rüfət adlı bəylə nişanlanıb. Bu bardə bloger özü məlumat verib. O sosial şəbəkə hesabında bahalı nişan xonçalarının görüntülərini də paylaşıb.

Xonçalarda bir neçə qızıl dəsti və bahalı brendlərə aid geyimlər, ayaqqabılar, çantalar yer alıb. 

Rəfiqə ötən ilin dekabrında "həri" mərasiminin olduğunu, indi isə nişanlandığını qeyd edib.

Xatırladaq ki, Rəfiqənin nişanlandığı bəy Cavanşir Məmmədovun qohumudur. Bu barədə sənətçi BAKU.WS-ə açıqlamasında qeyd edib. Ötən il keçirilən həri məclisində oğlan evinin Rəfiqə üçün gətirdiyi bahalı üzük müzakirərə səbəb olmuşdu.

BAKU.WS
VİDEO