Snayperlər şərti düşmən hədəflərinin məhv olunması üzrə tapşırıqları icra ediblər - VİDEO

Cari ilin hazırlıq planına uyğun olaraq, snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlim sahəsində şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra hərbi qulluqçular atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri yerinə yetiriblər.
Snayperlər şərti düşmən hədəflərinin aşkar olunması, düzgün nişanalma qaydalarına əməl etməklə məhv edilməsi üzrə tapşırıqları yüksək peşəkarlıqla icra ediblər.
Çalışmaların keçirilməsində əsas məqsəd hərbi qulluqçuların hazırlıq səviyyəsinin artırılması, praktiki vərdişlərinin və atəşaçma bacarıqlarının daha da təkmilləşdirilməsidir.
Oxşar xəbərlər
Azərbaycan Ordusunda atış çalışmaları icra olunub - VİDEO
Cari ilin döyüş hazırlığı planına uyğun olaraq qumbaraatan və snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib. Bu barədə B...
