SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Lalə Dadaşova yeni açıqlaması ilə diqqət çəkib.

BAKU.WS xəbər verir ki, "O üz" verilişində qonaq ola Dadaşova mərhum meyxanaçı Nizami Rəmzininin aradan götürüldüyünü iddia edib.

O bildirib ki, hər dövrdə əsl sənətkarları aradan götürmək barədə planlar qurulub:

"Nizami Rəmzi necə oldu ki, qəzaya düşdü? Bu ölüm indiyə qədər mənim üçün müəmmalı qalıb. O elə-belə qəza deyildi. Əsl sənətkarları hər zaman ortadan götürmək planları olub. Onları efirdən, səhnədən, insanların beynindən silməyə çalışan çox olur".

Xatırladaq ki, Nizami Rəmzi meyxananı televiziya ekranlarına çıxaran ilk şəxs olub. O, 1990-cı illərdə televiziyada meyxananı ilk dəfə "Dalğa" verilişində səsləndirib. Meyxanaçı 1997-ci ilin yanvarın 19-da məclisə gedərkən dostu və meyxanaçı Kəbir Azəri ilə birgə yol qəzasında həlak olub. Ekspertizaya görə, içkili olan Nizami Rəmzi maşını sürərkən şəhərdən çıxan avtobusla toqquşaraq həlak olub. Mərhum üç dəfə ailəli olub.

Ətraflı videoda:

BAKU.WS
VİDEO