SİZİN REKLAM BURADA!
055 213 76 73


Aktrisa Ülviyyə Əliyeva yeni vəfat edən anası Zemfira Məmmədəliyeva ilə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, o şəxsi instaqram səhifəsində anasının arxiv görüntülərini və onunla lentə alınan fotolarından ibarət video paylaşıb.

Aktrisa həmin görüntülərə "Canım anam" şərhini də əlavə edib.

Xatırladaq ki, Zemfira Məmmədəliyeva Azərbaycanın ilk qadın təyyarə bələdçisidir. Ülviyyə müsahibələrindən birində Məmmədəliyevanın onun bibisi olduğunu, uşaq yaşlarından onu övladlığa götürdüyünü deyib. Aktrisanın bioloji anasının adı isə Bəstidir. 

BAKU.WS
VİDEO