SİZİN REKLAM BURADA!
055 213 76 73


Aparıcı və aktyor İlkin Həsəninin azyaşlı övladları yenidən xəstəxanaya yerləşdirilib.

BAKU.WS xəbər verir ki, bu barədə onun bloger həyat yoldaşı Aysel Həsəni sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, azyaşlı oğlu Rain və qızı Alisa bir dəfə xəstəxanaya yerləşdirilib. Müalicə aldıqdan sonra yenidən onların səhhəti pisləşib və ikinci dəfə xəstəxanaya yerləşdiriliblər:

"Bu yayılan virus nədirsə uşaqların canından çıxmır. Evdə hansı müalicə üsulu tətbiq etsəniz də, həkimlərin yazdığı reseptdəki dərmanları etsəniz də heç bir təsiri yoxdur. İnanın ki, mənə o qədər adam yazmışdı ki, onu edin, bunu edin, amma heç bir təsiri yoxdur.

Uşaqların səhhəti yaxşılaşmaqdan daha da pisləşir. Ona görə də məcbur yenidən xəstəxanaya qayıtdıq. Artıq burada həkim nəzarətindədirlər. Əslində mənim özüm də xəstə kimiyəm, boğazım ağrıyır. Bir sözlə koronavirusa şükür edəcək vəizyyətə gəlmişəm. Heç olmasa adam koronavirusa yoluxanda sağalırdı".

Qeyd edək ki, İlkin və Aysel cütlüyü 2017-ci ildə ailə qurub. Onların Alisa adlı bir qız, Rain adlı isə bir oğul övladı var.

BAKU.WS
VİDEO