Bakıda bu ünvanlarda parklanma yerlərinin bəzisi ləğv edildi - SƏBƏB
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtda tibb müəssisələrinə gələnlər üçün əlavə şəraitin yaradılması istiqamətində işlər davam etdirilir.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, daha 7 ünvanda parklanma yerlərinin bir hissəsi ləğv olunaraq "5.14" - "minik taksilərinin duracaq yeri" və 3.28" - "durmaq qadağandır" yol nişanları quraşdırılmaqla minib-düşmə yerləri təşkil edilib.
Layihənin davamı olaraq:
- Məzahir Rüstəmov küçəsi, 7 nömrəli şəhər poliklinikasının,
- Lermontov küçəsi, 22 nömrəli şəhər poliklinikasının,
- Abay Kunanbayev və Süleyman Sani Axundov küçələrinin kəsişməsi, 25 nömrəli şəhər poliklinikasının,
- Məmmədəli Şərifli küçəsi, 4 nömrəli Vərəm Əleyhinə Dispanserin,
- Əhməd Cavad küçəsi, Respublika Kliniki Uroloji Xəstəxanasının,
- Əcəmi Naxçıvani küçəsi, "Medera Hospital"ın,
- Natiq Əhmədov küçəsi, "Məlhəm Beynəlxalq Hospitalı"nın yanında müvafiq nişanlar yerləşdirilməklə sərnişinlərin taksi və fərdi nəqliyyat vasitələrinə rahat minib-düşməsi təmin edilib.
Beləliklə, bu günədək paytaxtın 20 ünvanında yerləşən tibb və sosial xidmət müəssisələrinin qarşılarında minib-düşmə yeri və taksilərin sərnişinləri düşürmələri üçün imkan yaradılıb.
Qalereya
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...