Qurd dərəsində yanğın olub - ANBAAN VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Qurd dərəsi adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 70 kvadratmetr olan fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən köməkçi tikilidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik yerləşən evə və obyektə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində köməkçi tikili yanıb, fərdi yaşayış evi və obyekt yanğından mühafizə edilib. Xəsarət alan olmayıb.
Oxşar xəbərlər
Həftəsonu qanunsuz saxlanılan 10 tüfəng, 3 avtomat aşkarlanıb
Həftəsonu qanunsuz saxlanılan 10 tüfəng, 3 avtomat aşkarlanıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyunun 13-də və 14...