Pezeşkian: ABŞ ilə razılaşma müharibənin dayandırılması istiqamətində mühüm addımdır
İranla ABŞ arasında razılaşdırılanlar müharibənin dayandırılması, danışıqların başlamasına doğru mühüm bir addımdır, yekun razılaşma isə hələ formalaşdırılmayıb.
BAKU.WS xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında yazıb.
"İran özünü bütün variantlara hazırlayıb və hökumətin diqqəti razılaşma ilə və ya onsuz xalqa dürüst xidmət etməkdən ibarətdir", - o bildirib.
Pezeşkianın sözlərinə görə, intensiv danışıqlardan sonra qarşılıqlı anlaşma memorandumunun mətni dəstəklənib:
"Amerikanın İran xalqının hüquqlarına hörmət etmək kimi əsl niyyəti təcrübədə sınaqdan keçirilməlidir. Ali rəhbərin göstərişləri İranın milli maraqlarının müdafiəsinə dair müddəaların daxil edilməsində böyük rol oynayıb və buna görə biz ona minnətdarıq".
Oxşar xəbərlər
Ukraynanın Aİ-yə üzvlük danışıqları rəsmən başladı
Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması üzrə danışıqlar rəsmi şəkildə start götürüb. BAKU.WS xəbər verir ki, bu barədə Aİ Şurasının sədri Antonio Koşta "...