SİZİN REKLAM BURADA!
055 213 76 73


Mərasim zallarının kirayə və menyu qiymətləri artıb. Belə ki, kirayə zallar 50, menyular isə üç manatadək bahalaşıb. Yəni bir nəfər üçün 12 manata olan menyu indi 15, 15 manata olan menyular 18 manata təklif olunur.

Sumqayıtdakı mərasim evlərindən birinin sahibi Asif Dənziyev deyir ki, burada da ümumi zallar əsasən kirayə verilir. Minimum 150-200 manatdan başlayır. İnsan sayı çox olanda, kommunal xərclər də çox gedir. Bu zaman kirayə haqqı 400 manata qədər gəlib çıxır.

Bölgələrdə isə yas mərasimlərində daha çox çadırlardan istifadə olunur. Burada həm də qiymətlər bir qədər münasibdir. Məsələn, Tovuzda çadır və ləvazimatların kirayəsi ilə məşğul olan Qələndər Əbilov deyir ki, son bir neçə ildə mağar xidmətləri ucuzlaşıb. Rayonda stol, stul və qab-qacaqla birlikdə 40-50 manata təklif olunur. 

Ətraflı "Xəzər Xəbər"in süjetində:

BAKU.WS
VİDEO