Qarabağın ən təhlükəli ərazilərində yeni proses başladı - VİDEO

23
noy
2023
23:44
İşğaldan azad edilmiş Qarabağın minalarla ən çox çirklənən ərazilərindən biri olan Ağdamda yeni proses başlayıb.
Azərbaycan Televiziyası (AzTV) xəbər verir ki, Ağdamın Şelli kəndi əkin dövriyyəsinə cəlb olunub.
Ağdama ezam olunmuş AzTV-nin əməkdaşları əkin sahəsində olub, səpin işləri barədə məlumat əldə ediblər.
Bildirilib ki, minalardan təmizlənmiş ərazilərdə əkin işləri sürətlə aparılır. Kənd təsərrüfatında müasir aqrotexniki və aqrokimyəvi qulluq vasitələri tətbiq edilir. İşğaldan azad edilmiş ərazilərdə yüksək keyfiyyətli toxumlardan istifadə edilir.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...
