Erməni toyunda Azərbaycan mahnısı: Qızlar Azərbaycansayağı oynadılar - VİDEO
Erməni toyunda gənc qızlar milli rəqsimiz "Uzundərə"nin sədaları altında rəqs ediblər.
BAKU.WS xəbər verir ki, bu barədə ATV kanalında yayımlanan "Xəbərin olsun" proqramında bildirilib.
Qeyd edilib ki, məclisdə erməni qızları Azərbaycan mahnısına yazılan rəqsi elə azərbaycansayağı rəqs etməyə çalışıblar.
Məsələ ilə bağlı açıqlama verən rəqqasə Zülfiyyə İbrahimova ermənilərin öz toylarında bu rəqsi özlərinki kimi təqdim edərək kütləvi şəkildə nümayiş etdirdiklərini deyib.
"Uzundərə" rəqsini Əlibaba Abdullayev "O olmasın, bu olsun" filmində Məşədi İbrad obrazı üçün quruluş verib. Daha sonra "Uzundərə" sevilərək yerli toylarda və məclislərdə rəqs edilməyə başlanılıb.
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...