Erməni gəlin toyda "Məşədi İbad"ın mahnısına oynadı (VİDEO)

05
sen
2017
13:15
Erməni toyunda gəlin "Uzundərə rəqsi"nin musiqisinə rəqs edib. BAKU.WS-in məlumatına görə, toy mərasimində qonaqların qarşısında rəqs edən gəlinin seçdiyi mahnı qədim Azərbaycan rəqslərindən biri - Uzundərə rəqsinin müsiqisidir. Uzundərə rəqsinin musiqisi bəstəkar Üzeyir Hacıbəyov tərəfindən "O olmasın, bu olsun" operettasında Məşədi İbadın "Mən nə qədər qoca olsam da..." mahnısında istifadə edilib. Rəvayətə görə, Uzundərə tərəkəmələrin düşərgəsi olmuş, onlar dağlar qoynundakı yaylaqlara köçərkən, yolüstü burada əylənib rəqs edər, şənlənər və dincələrmişlər. Başqa bir rəvayətə görə isə gəlin apararkən yol dərənin içərisindən keçirmiş. Yol çoх uzun olduğundan, musiqiçilər gəlini lirik bir musiqi ilə müşayiət edirmişlər. Oğlan evindən olan qadınlar gəlinin önündə oynayıb ona xeyir dua verərmişlər. O zamandan başlayaraq toylarda həmin musiqiyə oynamaq istədikdə «gəlini o uzun dərənin içindən apardığımız zaman başlanan musiqini çalın» deyilir. Beləliklə də, «Uzundərə» oyun havası yaranır. Bu oyun havası bir qədər Vağzalıya bənzəyir. ŞahinBAKU.WS
Oxşar xəbərlər
Erməni toyunda gəlin Azərbaycan mahnısına oynadı (VİDEO)
Erməni toyundan azərbaycanlıları qəzəbləndirəcək görüntülər paylaşılıb. BAKU.WS-in məlumatına görə, videodan gəlinin rəqs etdiyi görünür. Maraqlısı ondadır ki...
