SİZİN REKLAM BURADA!
055 213 76 73


Nərimanov rayonu, Təbriz küçəsi, 55 (Bakı Konqres Mərkəzinin yanı) ünvanında nizamlanan piyada keçidi təşkil edilərək yol təhlükəsizliyi səviyyəsi artırılıb.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, görülən işlər çərçivəsində:

• Ərazidə işıqfor quraşdırılmaqla hərəkət növbəliliyi təmin edilib;

• Əlilliyi olan şəxslər üçün panduslar və çağırıcı qurğular quraşdırılıb;

• Nizamlanan eynisəviyyəli piyada keçidləri təşkil edilib;

• Müvafiq yol nişanlanması işləri həyata keçirilib;

• Nəqliyyat vasitələrinin və piyadaların təhlükəsizlik səviyyəsi artırılıb.

BAKU.WS
VİDEO