SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Bir sıra risk faktorları, o cümlədən xam neftin dünya bazarındakı qiymətinin büdcədə nəzərdə tutulan səviyyədən əhəmiyyətli aşağı düşməsi, qeyri-neft sektorunda iqtisadi artımın daha gec bərpa olunması və ya proqnozlaşdırılandan daha az olması, manatın məzənnəsinin ucuzlaşması və xarici mühitdə baş verə biləcək digər mənfi meyllərin ölkəmizin iqtisadiyyatına təsiri nəticəsində dövlət büdcəsinin icrası prosesində müəyyən çətinlik çıxa bilər".
 
BAKU.WS-in məlumatına görə, bunu Milli Məclisin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
 
Nazir bildirib ki, həmin risk faktorları reallaşdığı təqdirdə, bu risklərin qarşısını almaq üçün dövlət və icmal büdcələrinin xərclərinin azaldılması, digər zəruri tədbirlərin görülməsi istiqamətində addımların atılacağı istisna olunmur.
 
Şahin Həbibov
BAKU.WS