SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbərliyi Moskvanın mərkəzində bahalı "Galenvagen" avtomobilləri ilə yürüş və "avtoş”luq edən məzunları cəzalandırıb. ANS PRESS-in məlumatına görə, bu barədə xüsusi xidmət orqanı xəbər verib.

FTX  Moskva küçələrində qalmaqal yaradan, qaydaları pozan akademiyanın məzunlarını intizam məsuliyyətinə cəlb edib. Həmçinin akademiyanın bir neçə rəhbər işçisi çıxarılıb və ya aşağı vəzifələrə keçirilib. 
 
İyunun 21-də Moskvanın mərkəzində 30 ədəd "Mercedes-Benz Gelandewagen" markalı qara rəngli avtomobillərin peyda olması sakinlərin marağına səbəb olub. Məlum olub ki, gələcək federal təhlükəsizlik xidməti əməkdaşları maşınları 2-3 saatlıq kirayəyə götürüblər və şəhərin mərkəzində yüksək sürətlə, yol qaydalarını pozaraq hərəkət ediblər. Bu yolla onlar məzun olmalarını qeyd ediblər. Bu hadisə ölkədə böyük rezonansa səbəb olub.

Hadisənin görüntüləri sosial şəbəkədə yayıldıqdan sonra "avtoşlar" sərt reaksiya ilə üzləşiblər. İnsanlar ölkənin təhlükəsizliyini qorumalı olan gənclərin belə bir addım atmasından hiddətləniblər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu hadisəni biabırçılıq adlandıraraq bununla yol polisi və akademiya rəhbərliyinin məşğul olmasını qeyd etmişdi.
 
FTX-in general-mayoru Aleksandr Mixailov isə gəncləri hətta Vətənə xəyanətdə ittiham edib. "Bu, Vətənə xəyanətdir! Xidmət maraqlarının satqınlığı. Belə şəkilləri necə internetdə paylaşmaq olar? Biabırçılıq! FTX akademiyası məzunları Moskvada yol qaydalarını pozaraq hərəkət ediblər. Onların yarısı xidmətdən kənarlaşdırmalı, yarısına isə xəbərdarlıq edilməlidir".

Bu, Moskvada "Gelandewagen" avtomobilinin iştirakı ilə baş verən ilk səs-küylü hadisə deyil. Mayın 26-da "Lukoil" şirkətinin vitse-prezidenti Azat Şamsuarovun oğlu Ruslan Şamsuarov və onun dostlarının olduğu maşın Rusiyanın paytaxtının küçələrində yol polisinə çətin anlar yaşadıb. "Galenvagen" polislərlə küçələrdə "ölüm yarışına" çıxıb. Polis maşınları onların içində olduğu nömrəsiz bahalı maşını qovub.

Onlar nömrəsiz maşınla polisdən qaçmağa çalışsalar da bu alınmayıb. Polis onları qovan və saxlayan zaman gənclər "Periscope" sosial şəbəkədən canlı yayıma çıxıblar. Onlar baş verənləri anbaan çəkərək paylaşıblar. Hətta Ruslan polislər onları saxlayandan sonra da baş verənləri çəkərək paylaşıb.

BAKU.WS