SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Rusiyada Federal Təhlükəsizlik Xidmətinin akademiyasını bitirən məzunlar "Mercedes-Benz Gelandewagen" avtomobilləri ilə paytaxt küçələrində şou göstəriblər.  maşınları 2-3 saatlıq kirayəyə götürüblər.
 
BAKU.WS xəbər verir ki, 30-dan çox avtomobili icarəyə götürən gələcək FTX əməkdaşları Moskvanın mərkəzi küçşələrində avtoxuliqanlıq ediblər. Onlar yüksək sürətlə hərəkət edib, dəfələrklə kobud qayda pozuntularına yol veriblər. İyunun 21-də baş verən hadisənin videogörüntüləri sosial şəbəkədə ciddi tənqid edilib.
 
Rusiya vətəndaşları ölkəni qorumalı olan şəxslərin belə davranışlarını sərt tənqid ediblər.
 
FTX-in general-mayoru Aleksandr Mixailov isə gəncləri Vətənə xəyanətdə ittiham edib: "Bu, Vətənə xəyanətdir! Xidmət maraqlarının satqınlığı. Belə şəkilləri necə internetdə paylaşmaq olar? Biabırçılıq! FTX akademiyası məzunları Moskvada yol qaydalarını pozaraq hərəkət ediblər. Onların yarısını xidmətdən kənarlaşdırmaq yarısına isə xəbərdarlıq edilməlidir".
 
BAKU.WS