SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanlı milyarder Vahid Ələkbərovun rəhbəri olduğu "Lukoil" şirkətinin vitse-prezidenti Azat Şamsuarovun Moskvada polislə yarışa çıxan oğlu cərimələndi. Ruslan Şamsuarov ilə birlikdə Moskva küçələrini avtomobillə bir-birinə qatan Abduvaxob Məcidov da cəzalandırılıb.

Hadisə zamanı "Mercedes Gelandewagen” markalı avtomobili idarə edən gənc Moskvanın Şerbinskiy məhkəməsi tərəfindən 6 min rubl (141 manat 60 qəpik) cərimə olunub.

Araşdırmalar nəticəsində onun ötən ilin oktyabrında yol hərəkəti qaydalarını pozduğu üzə çıxıb və əlavə 3 min rubl cərimə edilib.

Mayın 26-də içərisində Ruslan Şamsuarovun və onun dostlarının olduğu maşın Rusiyanın paytaxtının küçələrində yol polisinə çətin anlar yaşadıb. "Mercedes Gelandewagen" polislərlə küçələrdə "ölüm yarışına" çıxıb. Polis maşınları onların içində olduğu nömrəsiz bahalı maşını qovub.

 

Hadisə barədə məlumat video "Youtube” kanalına qoyulandan sonra məlum olub. Hadisə ilə bağlı ilk həbs olunan isə 22 yaşlı Abduvaxob Məcidov olub.  Daha sonra Moskva polisi "Lukoil" şirkətinin vitse-prezidenti Azat Şamsuarovun oğlu Ruslan Şamsuarovu və erməni qızı Mara Baqdasaryan həbs edib. "Mercedes Gelandewagen"i idarə edən Məcidov Moskvanın Qaqarin rayon məhkəməsi tərəfindən 15 gün, Maraya isə 10 sutka həbs cəzası verib.

Moskvanın Qaqarin məhkəməsində Ruslan Şamsuarov barəsində açılan cinayət işinə isə xitam verilib. Vəkil onun barəsində cinayət işinin bağlanmasına səbəb kimi müttəhimin astma xəstəliyindən əziyyət çəkməsini göstərib. Şamsuarov məhkəmə zamanı hakimin heç bir ittihamını qəbul etməyib.
 
BAKU.WS