SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-ın Bakıdakı səfiri Mark Libbi xanımı Danusia ilə birlikdə bu gün işğaldan azad olunmuş Füzuli və Şuşa şəhərlərinə səfər edib.

Bu bardə BAKU.WS-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfər zamanı səfir hökumət nümayəndələri ilə görüşməyi, xanımı ilə birlikdə Şuşa qalası, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı, Vaqif məqbərəsi ilə tanış olmağı və Cıdır düzünü gəzməyi, səfirliyin dəstəklədiyi ingilis dili proqramında iştirak edən yerli təhsil işçiləri ilə görüşməyi planlaşdırır.

BAKU.WS
QALEREYA