SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Moskva polisi şəhərin mərkəzində Azərbaycan konsulunun döyülməsi məsələsini araşdırır.  

BAKU.WS ANS PRESS-ə istinadən məlumat verir ki, döyülən şəxs bu haqda özü polisə məlumat verib. Onun sözlərinə görə, o, taksiyə əyləşib və yol zamanı sürücü ilə mübahisə edib. Nəticədə Moskvanın mərkəzində Konyuşkovskaya küçəsində ona bədən xəsarətləri yetirilib.

Tibb məntəqəsindən verilən məlumata görə, yaralı Azərbaycan konsulluğunun əməkdaşı olduğunu iddia edib.

Rusiya KİV-də hadisənin görüntüləri yayılıb. Videoda yolun kənarında saxlayan ağ minik avtomobilindən 2 kişinin çıxdığı və onlar arasında dava düşdüyü görünür.
 
BAKU.WS