300 şəhidin fotosunun yer aldığı "Yolka" hazırlandı - FOTO/VİDEO
29
dek
2021
14:35
Sosial şəbəkələrdə qeyri-adi "yolka" görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, videodakı şam ağacının üzərində II Qarabağ müharibəsində şəhid olan igidlərimizin fotoları yer alıb.
"Yolka"nı II Fəxri Xiyabanda şəhid İlyasov Fərid İbad oğlunun anası qurub. Şam ağacının üzərində 300-ə yaxın şəhid şəkli var.
Qeyd edək ki, əslən Laçın rayonundan olan 22 yaşlı şəhidimiz İlyasov Fərid Şuşa şəhərində gedən döyüşlər zamanı şəhadətə ucalıb. İgidimiz 2020-ci ilin oktyabrın 30-da II Fəxri Xiyabanda Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun qəbri yanında dəfn olunub.
Qalereya
Oxşar xəbərlər
Bu gün doğum günü olan şəhidlər - FOTO
Vətən müharibəsində canlarından keçərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edən qəhrəman şəhidlərimizdən 14 nəfərin bu gün doğum günüdür. BAKU.WS Vətən mühari...