Fiziki zorakılığa məruz qalan 13 yaşlı qızın görüntüləri yayıldı - VİDEO

Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yeni paylaşım edib.
BAKU.WS xəbər verir ki, Ağazadə instaqram hesabında fiziki zorakılığa məruz qalan 13 yaşlı qızın görüntülərini yayımlayıb. O, azyaşlıya bu vəhşiliyi edənlərin tezliklə tapılaraq cəzalandırılmasını istəyib:
"13 yaşlı qıza qarşı şiddət. Kim edib? Bu sualın cavabı polis və prokurorluq əməkdaşları tərəfindən araşdırmalar zamanı bəlli olacaq. Hazırda azyaşlı uşaq sığınacağına yerləşdirilib.
Ata və ana arasında baş verən mübahisələr, qərəzlər nəticəsində işgəncələrə məruz qalan hər zaman uşaqlar olur. Valideynlərdən uzaqlaşdırılan uşaqlar isə əsl həqiqəti təhlükəsizliyini hiss etdikdə danışacaq".
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR - SİYAHI AÇIQLANDI
Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdar...
